Yeni stansiyaların ad məsələsinə aydınlıq gətirilib

  08 Noyabr 2019    Oxunub : 972
 Yeni stansiyaların ad məsələsinə aydınlıq gətirilib
Metropoliten yeni stansiyaların adı ilə bağlı qərar yox, təklif verə bilər.
Azvision.az xəbər verir ki, bunun “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov yeni tikilən stansiyalara adların verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, metro stansiyalarının adları Nazirlər Kabinetinin nəznində fəaliyyət göstərən Adqoyma Komissiyası tərəfindən seçilir:

“Metropolitendə yeni stansiyaların adları ilə bağlı bir sıra təkliflər irəli sürür. Lakin bütün bunlara baxmayaraq, yekun qərarı Nazirlər Kabinətində fəaliyyət göstərən komissiya təsdiq edir”

Anar Kəlbiyev
Azvision.az

Teqlər: