Əcnəbilər üçün işlə bağlı 6725 kvota nəzərdə tutulub

Əcnəbilər üçün işlə bağlı 6725 kvota nəzərdə tutulub
  08 Noyabr 2019    Oxunub:1998
"Gələn il üçün xaricilərin Azərbaycanda işə cəlb olunması ilə bağlı 6725 kvota nəzərdə tutulub. Ancaq bu barədə Nazirlər Kabinetinin təsdiqi gözlənilir".
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfrasında bildirib. Nazir müavini deyib ki, kvota müəyyən edilərkən işəgötürənlərlə sıx əməkdaşlıq edilir:

"Burada elə ixtisaslar seçilir ki, ölkəmizdə həmin ixtisasla bağlı işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə də çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik".

Aytən Zəhra
Azvision.az




Teqlər: ƏƏSMN  





Xəbər lenti