Əlillərin işə götürülməsi üçün kvota müəyyənləşdirilib

Əlillərin işə götürülməsi üçün kvota müəyyənləşdirilib
  08 Noyabr 2019    Oxunub:2726
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün müəyyən edilən kvotaya nəzarət mexanizminə elektron qaydada həyata keçirəcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir. Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib: "Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .

A.Əliyev əlavə edib ki, həm "Məşğulluq haqqında" qanun, həm də ƏƏSMN-nin "Məşğulluq" alt sistemi işəgötürənlərə ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması üçün heç bir mexanizm yaratmayıb:

"Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. İşəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir".

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti