Özünəməşğulluq proqramı genişləndirilir - Gələn il 11 min nəfər olacaq

Özünəməşğulluq proqramı genişləndirilir -   Gələn il 11 min nəfər olacaq
  08 Noyabr 2019    Oxunub:2145
Ötən il 7200 nəfər özünəməşğulluq proqramına cəlb edilib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib. Onun sözlərinə görə, 2019-cu ildə bu göstərici 10 minə çatdırılıb.

"2020 -ci ildə isə proses daha da genişləndirilərək proqrama cəlb olunanların sayının 11 minə çatdırılması planlaşdırılır. Ölkə başçısınım tapşırığı ilə hazırda Dünya Bankı ilə müzakirələr aparılır. Dünya Bankı ilə imzalanması gözlənilən sazişə uyğun olaraq gələn il üçün 3 min artım, yəni 14 minə yaxın şəxsin, gələcək illərdə isə 5 min artımla təxminən 16 min şəxsin bu proqrama cəlb olunması gözlənilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: ƏƏSMN   Özünəməşğulluq  





Xəbər lenti