Avtovağzalda saxlama kameraları yenilənib

  08 Noyabr 2019    Oxunub : 529
Avtovağzalda saxlama kameraları yenilənib
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib.
BBAK-dan Azvision.az -a verilən məlumata görə, saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AZN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat ---- 5 AZN

Ödəniş predmetin ( yükün ) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Bundan başqa saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır və saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır.

Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur.

Azvision.az

Teqlər: BBAK