“Paşinyan hakimiyyəti ABŞ-ın qrantları ilə qidalanır” - Koçaryan
Azvision.az xəbər verir ki, bunu “Sputnik-Ermənistan”a müsahibəsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O bildirib ki, hakimiyyətə media dəstəyini yalnız qərbyönümlü KİV verir, ön sırada isə "Azadlıq" radiosu (Azatutyun) gəlir.
Baş nazir Nikol Paşinyan və terrorçu “nüfuzu” olan bir partiya (2016-cı ilin yayında Ermənistanda polisi alayını ələ keçirən eyni silahlı qrupun üzvləri tərəfindən qurulmuş Sasna Tsrer partiyasını nəzərdə tutur -red) Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını fəal şəkildə dəstəkləyir.
Faktiki olaraq, baş naziri dəstəkləyən bütün siyasi baza açıq şəkildə qərbyönümlüdür. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığı dəstəkləyən partiyalar və siyasətçilər hazırkı hökuməti dəstəkləmir və tamamilə etibar etmirlər.
Hər kəs inanır ki, Rusiyanın enerji mənbələrindən və bazardan asılılıqla üzləşən hakimiyyətin qərbyönümlü siyasi görüşləri merkantil praqmatizmə çevrilir”,- deyə həbsdə olan Koçaryan bildirib.
Onun sözlərinə görə, mənzərə həqiqətən paradoksaldır və hakim elitanın "geosiyasi parçalanması"nın nə qədər davam etməsi mövcud şəraitdən asılı olacaq.
Koçaryan hesab edir ki, Ermənistan konseptual inkişaf proqramları olmadan bir günlük qayğı, boş şüarlar, məhv olmuş xarici siyasətlə yaşayır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Paşinyan