Rusiya general Sezarın nəşini Fransaya verməyə hazırdır

  07 Noyabr 2019    Oxunub : 1160
Rusiya general Sezarın nəşini Fransaya verməyə hazırdır
Rusiya Napoleon Bonapartın generalı Sezar Güdenin nəşini fransızlara təhvil verməyə hazırdır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva fransız generalın nəşinin Parisə göndərilməsinə hər cür kömək edə bilər.

Peskov qeyd edib ki, Prezident Vladimir Putin məsələdən xəbərdardır, ona Smolenskdə tapılmış cəsədin qalıqlarının Napoleonun generalı Sezar Şarl Etyen Güdenə aid olması barədə DNT analizinin nəticələri barədə məlumat verilib.

Azvision.az

Teqlər: Rusiya   General   Sezar