Pirşağıda qəza, 120 abonent qazsız qaldı

Pirşağıda qəza, 120 abonent qazsız qaldı
  08 Noyabr 2019    Oxunub:1416
Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mersedes” markalı maşın yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Hazırda bərpa işləri görülür.

Azvision.az



Teqlər: Azəriqaz   Qəza   Abonent  





Xəbər lenti