Prezident argentinalı həmkarını təbrik edib

   Prezident argentinalı həmkarını təbrik edib
  07 Noyabr 2019    Oxunub:1300
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti