“Bayrağımız qürur mənbəyimizdir” adlı aksiya keçirilib - VİDEO

“Bayrağımız qürur mənbəyimizdir” adlı aksiya keçirilib -    VİDEO
  07 Noyabr 2019    Oxunub:2371
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunur.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Azvision.az -a verilən məlumata görə, bu bayram hər bir Azərbaycan vətəndaşının öz Bayrağına olan sevgisinin gözəl bir nümunəsi kimi tarixə düşüb. Hər il istər Bakıda, istərsə də ölkəmizin digər bölgələrində Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur.

Bugün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Dövlət Bayrağı günü münasibəti ilə “Bayraq qürur mənbəyimizdir” adlı layihə həyata keçirilib. Belə ki, ADDA-da gündəlik sıra düzülüşü zamanı 500-dən çox tələbə üçrəngli bayrağımızı başlarının üzərinə qaldırmaqla gözəl bir mənzərə yaradıblar. Bununla da gənc dənizçilər Dövlət Bayrağına və Vətənə olan sevgilərini nümayiş etdiriblər.

Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, onlarda dövlət rəmzlərinə olan hörmət və sevginin aşılanması məqsədi ilə keçirilən tədbirdə bildirilib ki, Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Uzun illərdən sonra həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, 1991-ci il fevralın 5-dən isə “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağı elan edilib.



Azvision.az


Teqlər: Dəniz   Bayraq  





Xəbər lenti