Oqtay Əsədov Litva Seyminin sədrilə görüşüb

Oqtay Əsədov Litva Seyminin sədrilə görüşüb
  07 Noyabr 2019    Oxunub:1549
Milli Məclisin Sədri Oqtay Əsədov Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi görüşlərini müsbət dəyərləndiririk.

Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietis ölkəmizə səfərinin əlaqələrimizin inkişafı üçün müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib. Qonaq səfər çərçivəsində gördüklərindən və Milli Məclisdə olmasından məmnun qaldığını söyləyib. Bildirilib ki, Litva Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Qarşılıqlı səfərlər təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti