Bakı metrosunda tanqo şousu keçiriləcək

Bakı metrosunda tanqo şousu keçiriləcək
  07 Noyabr 2019    Oxunub:1298
Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində Bakı metropoliteninin “İçərişəhər” stansiyasında tanqo şousu təşkil olunacaq.
Qurumun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində baş tutacaq.

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün ustad dərsləri də təşkil edəcəklər.

Azvision.az



Teqlər: Metro   Tanqo  





Xəbər lenti