Avtomobillə vurulan qadın evdə öldü

Avtomobillə vurulan qadın evdə öldü
  07 Noyabr 2019    Oxunub:1552
Noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Ağazadə xəsarət alan E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti