Saatlıda ana və oğlu qarət olunub

Saatlıda ana və oğlu qarət olunub
  07 Noyabr 2019    Oxunub:2097
Noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Sarıcalar kənd sakini İ.Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kartın oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan v Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı M.Rəhimov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti