Taksi sürücüsünü hədələyib, maşınını aldılar

Taksi sürücüsünü hədələyib, maşınını aldılar
  07 Noyabr 2019    Oxunub:1618
DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.

Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.

Azvision.az



Teqlər: Taksi  





Xəbər lenti