Gürcüstanda ailə tipli həbsxanalar yaradıla bilər

Gürcüstanda ailə tipli həbsxanalar yaradıla bilər
  07 Noyabr 2019    Oxunub:1542
Gürcüstanda yetkinlik yaşına çatmayan məhkumlar üçün ailə tipli cəzaçəkmə müəssisəsi yaradıla bilər.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Tea Tsulukianinin başçılıq etdiyi nümayəndə heyəti Niderlandda işgüzar səfərdə olub, burada yetkinlik yaşına çatmayanlar üçün həbsxanaların işini öyrənib.

"Bizim üçün maraqlı olan hətta Niderlandın özündə hazırda pilot rejimində həyata keçirilən islahatdır. Düşünürəm ki, Gürcüstanda da oxşar təcrübəni tətbiq edə bilərik. Söhbət eyni istəkləri, təhsil maraqları olan bir neçə yetkinlik yaşına çatmayan uşağın yerləşdiyi ailə tipli həbsxanadan gedir. Onlar azadlığa qədər bir ailə mühitində yaşayırlar”, - nazir deyib.

Qeyd edilib ki, Niderlandda yetkinlik yaşına çatmayanlar üçün penitensiar sistem dünyada ən yenilərdən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Həbsxana  





Xəbər lenti