Yeni icra başçısı sakinlərin problemini dinlədi

Yeni icra başçısı sakinlərin problemini dinlədi
  07 Noyabr 2019    Oxunub:2615
Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.
Azvision.az xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.

Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı Anar Tağıyev bildirib ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb.

Anar Tağıyev qeyd edib ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində pespublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz verib.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Azvision.az


Teqlər: Yevlax  





Xəbər lenti