840-a yaxın fərdi evə qaz verilib

  06 Noyabr 2019    Oxunub : 645
840-a yaxın fərdi evə qaz verilib
Gəncə şəhərinin Sevil Qazıyeva küçəsinin qazlaşdırılması işləri başa çatıb və 34 fərdi yaşayış evinə mavi yanacaq verilib.
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, Gəncə şəhərinin Məhsəti qəsəbəsində də 84 fərdi evə qazın verilməsi təmin olunub. Hər iki yaşayış məntəqəsində qazlaşma işlərinin icrası üçün ümumilikdə 7845,5 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib və 118 ədəd qaz sayğacı quraşdırılıb.

Həmçinin Samux rayonunun Alıuşaqlı kəndi və Şirvan şəhəri, kənd evləri yaşayış massivinin qazlaşdırılması işləri də tamamlanıb. Samux rayonunun Alıuşaqlı kəndində 240, Şirvan şəhəri, kənd evləri yaşayış massivində isə 481 fərdi yaşayış evi qazla təmin olunub.

Azvision.az

Teqlər: Gəncə   Qaz