“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” - ABŞ səfiri

“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” -  ABŞ səfiri
  06 Noyabr 2019    Oxunub:3880
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində kömək etməyə hazırdır"

Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib.
O bildirib ki, səfirlik Minsk Qrupu həmsədrlərinin atəşkəs rejiminə ciddi əməl etmələri və təxribatçı hərəkətlərdən çəkinmələrinə dair tərəflərə çağırışları ilə tam razıdır.

“Bu münaqişənin hərbi yolla həlli yoxdur. Danışıqlar prosesində sülh və tərəqqi naminə əlverişli atmosferin qorunması üçün təmkin nümayiş etdirmək çox vacibdir", - deyə amerikalı diplomat əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Qarabağ   Səfir  





Xəbər lenti