“Büdcə gəlirlərinin 43,9 faizi qeyri-neft sektorunun payına düşəcək”- Nazir

 “Büdcə gəlirlərinin 43,9 faizi qeyri-neft sektorunun payına düşəcək”-    Nazir
  06 Noyabr 2019    Oxunub:2038
2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb:

"Növbəti ildə də bu işlər davam etdiriləcək. 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək".

Azvision.az


Teqlər: Maliyyə   Nazir   SamirŞərifov  





Xəbər lenti