Parlamentdə büdcə müzakirələri davam edir - FOTOLAR

   Parlamentdə büdcə müzakirələri davam edir -    FOTOLAR
  06 Noyabr 2019    Oxunub:2594
Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri davam edir.

Azvision.az xəbər verir ki, gələn ilin büdcəsi parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunur.


İclasda Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər hökumət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Büdcə   Müzakirə  





Xəbər lenti