Yeni icra başçısı ağsaqqallarla görüşdü

Yeni icra başçısı ağsaqqallarla görüşdü
  06 Noyabr 2019    Oxunub:1492
Xaçmazın yeni başçısı Elnur Rzayev rayon ağsaqqalları ilə görüş keçirib.
Azvision.az -ın məlumatına görə, icra başçısı bildirib ki, görüşün əsas məqsədi rayonun hazırda mövcud olan problemlərinin onlardan eşidilməsi və rayonun gələcək inkişafı ilə bağlı təkliflərin dinlənilməsidir.

E.Rzayev rayonda görüləcək işlərin əhalinin rahatlığına xidmət edəcəyini və abadlıq-quruculuq işlərinin aparılmasında görüş iştirakçılarının təkliflərinin nəzərə alınacağını qeyd edib. Diqqətə çatdırılıb ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələr hər kəs tərəfindən məsuliyyətlə yerinə yetirilməli, vətəndaşların problemləri həll edilməlidir.

İcra başçısı yaxın zamanlarda rayonda sosial-mədəni və iqtisadi sahələrdə görüləcək işlər barədə onlara qısa məlumat verib. Görüş zamanı Ağsaqqallar Şurasının sədri Əli Mustafayev ağsaqqallar adından Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə təbrik edib, ona bu məsuliyyətli və şərəfli işində uğurlar arzulayıb.

Daha sonra görüş iştirakçıları mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər: Xaçmaz   İcra   Başçı   ElnurRzayev  





Xəbər lenti