Oktay Gülalıyev Türkiyəyə yola salınıb

 Oktay Gülalıyev Türkiyəyə yola salınıb
  06 Noyabr 2019    Oxunub:4107
Hüquq müdafiəçisi Oktay Gülalıyev Türkiyəyə yola salınıb.

Azvision.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb: "Artıq atam xüsusi təyyarə ilə Türkiyəyə yola salındı. İstanbulda yerləşən Avrasiya Xəstəxanasına köçürülür".
Qeyd edək ki, Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq. Onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Azvision.az


Teqlər: Türkiyə   Səhiyyə  





Xəbər lenti