Ermənistanda Koçaryanla bağlı petisiya başladıldı
"Elektron səsvermə Koçaryana qarşı siyasi təqiblərə son qoyulmasını və onun dərhal həbsdən azad olunmasını tələb edir”, - deyə məlumatda vurğulanıb.
Petisiyanı dəstəkləyənlər Ermənistan hakimiyyətini konstitusiyaya zidd siyasi təqibləri və məhkəmələrə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə və Koçaryanla bağlı qətimkan tədbirini dəyişdirməyi tələb ediblər.
Xatırladaq ki, Koçaryan 1 mart 2008-ci ildə İrəvanda etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində üçüncü dəfə həbs olunub. Oktyabrın 15-də iş üzrə növbəti məhkəmə iclası keçirilməli idi, lakin Koçaryan əməliyyat olunduğuna görə iclas təxirə salınıb.
Dünən Koçaryanın cinayət işi üzrə məhkəmə prosesi davam edib, qərar isə noyabrın 7-də veriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Koçaryan Ermənistan