Bakıda 6 nəfər liftdə qaldı

Bakıda 6 nəfər liftdə qaldı
  06 Noyabr 2019    Oxunub:1175
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi, Nizami və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 7 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti