Azərbaycanda əhalinin təbii artımı azalır

  Azərbaycanda əhalinin təbii artımı azalır
  06 Noyabr 2019    Oxunub:4555
Azərbaycanda əhalinin təbii artımı ilbəil azalır.

Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2011-ci ilə qədər əhalinin təbii artım əmsalı artıb. Lakin son 8 ildə bu artım azalmaya doğru gedib.
Belə ki, 2011-ci ildə əhalinin təbii artımı 122310 nəfər olduğu halda, 2018-ci ildə bu rəqəm 81732 nəfər olub. Son 8 ildə ölkə üzrə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 13,5 göstəricisindən 8,4-a (2018-ci il) enib.

Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir. 2018-ci ildə kişilər üzrə təbii artım 43581, qadınlar üzrə isə 38151 olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika   Əhali  





Xəbər lenti