Sarkisyan ABŞ səfirliyinə çağırıldı, Qarabağ müzakirə edildi

 Sarkisyan ABŞ səfirliyinə çağırıldı, Qarabağ müzakirə edildi
  06 Noyabr 2019    Oxunub:7875
Ermənistanın keçmiş prezidenti, hakimiyyətdən gedəndən sonra siyasi səhnədə görünməyən Serj Sarkisyan yenidən aktiv fəaliyyətə başlayır.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan bu gün ABŞ-ın İrəvandakı səfiri ilə görüşərək bir çox mövzular ətrafında danışıqlar aparıb. Görüş Amerika səfirliyinin təşəbbüsü ilə baş tutub.

Mətbuata qapalı keçirilən toplantıda Sarkisyan səssizliyini pozub və Ermənistandakı gərgin daxili siyasi vəziyyət barədə çıxış edib, Qarabağ danışıqları və digər mövzulara dair fikir mübadiləsi aparıb.

Səfirliyin inzibati binasında baş tutan görüşdə Sarkisyanın rəhbəri olduğu Respublikaçılar partiyasının nümayəndələri də iştirak ediblər.

Azvision.az


Teqlər: Sarkisyan   ABŞ   Səfirlik  





Xəbər lenti