Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir

Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir
  05 Noyabr 2019    Oxunub:1430
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi tibb xidməti mütəxəssislərinin işçi görüşü başlayıb.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Türkiyə təmsilçisi polkovnik Yusuf Gündoğdu və Gürcüstan nümayəndəsi polkovnik Avtandil Abaşidzenin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşüb.

Görüşdə Azərbaycan Ordusunun tibbi təminatının strukturlarına dair brifinqlər iştirakçıların diqqətinə təqdim olunub, əməkdaşlıq sahəsində mövcud qabaqcıl təcrübələrin öyrənilməsi və birgə fəaliyyətlər planının hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti