Seçkidə iştirak edəcək partiyaların sayı 11-ə çatdı

 Seçkidə iştirak edəcək partiyaların sayı 11-ə çatdı
  05 Noyabr 2019    Oxunub:1584
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

Azvision.az


Teqlər: MSK   İclas  





Xəbər lenti