“MiQ-29”un qəzaya uğraması ilə bağlı istintaq davam edir

   “MiQ-29”un qəzaya uğraması ilə bağlı istintaq davam edir
  05 Noyabr 2019    Oxunub:1951
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin qəzaya uğraması və pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ölümü ilə bağlı istintaq yekunlaşmayıb.
Bu barədə Azvision.az -a mərhum pilotun qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hadisədən 3 ay vaxt keçməsinə baxmayaraq, istintaq prosesi davam edir: "Bizə istintaqın gedişi barədə məlumat verilməyib. Yekunda hansı qərarın veriləcəyini gözləyirik".



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Məlum olub ki, təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qəza   Təyyarə   Pilot  





Xəbər lenti