Paşinyan İstanbul Konvensiyasının ratifikasiyasını dondurur

 Paşinyan İstanbul Konvensiyasının ratifikasiyasını dondurur
  05 Noyabr 2019    Oxunub:1977
Ermənistanın baş naziri Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının üzvləri ilə görüşündə əsas müzakirə mövzusu İstanbul Konvensiyası olub.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri yazıb. Görüş dünən axşam saatlarında “Vətəndaş razılaşması” partiyasının ofisində keçirilib.

Qəzetin yazdığına görə, baş nazir deputatlardan Avropa Şurası Venesiya Komissiyasının konvensiya barədə rəyi ilə tanış olub-olmadıqlarını soruşub. Parlament üzvlərinin əksəriyyəti sənədlə tanış olmadığını etiraf edib. Baş nazir bunu mütləq öyrənməyi tapşırıb.

Paşinyan bildirib ki, konvensiyanın ratifikasiyası hələlik dondurulacaq.

Qeyd olunub ki, iclasda deputatların müxtəlif qanunvericilik təşəbbüsləri müzakirə edilib. Parlament üzvləri ayrı-ayrı nazirliklərin işindən narazılıqlarını dilə gətiriblər. Bildiriblər ki, Nazirlər Kabineti tez-tez onların təşəbbüslərini rədd edir, bu da qəbuledilməzdir.

Ermənistan 2018-ci ilin yanvar ayında Avropa Şurasının Qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə haqqında Konvensiyaya (İstanbul Konvensiyası) qoşulub. İndi ratifikasiya məsələsi gündəmə gələndə müxtəlif vətəndaş qrupları və vətəndaş fəalları konvensiyaya qarşı çıxırlar. Onlar hesab edirlər ki, Konvensiya ənənəvi ailə dəyərlərini təhdid edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti