Tərtərdə hərbi sursat tapılıb

Tərtərdə hərbi sursat tapılıb
  05 Noyabr 2019    Oxunub:1057
Noyabrın 4-də saat 09:47-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Həsənqaya kəndinin ərazisində minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya və 1 ədəd 12,7 millimetrlik patronun boş qabı aşkar olunub. Sursatlar agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş tapıntıların ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Tərtər  





Xəbər lenti