Əl-Bağdadinin bacısı ailəsi ilə birlikdə tutulub
Məlumatda deyilir ki, əməliyyat dünən axşam saatlarında Türkiyənin nəzarətində olan Hələb əyalətindəki Azaz şəhərində keçirilib.
Əl-Bağdadinin bacısı, 65 yaşlı Rəsmiyə Avad ailəsi - həyat yoldaşı, gəlini, beş övladı ilə birgə saxlanılıb. Artıq onun əri və gəlini dindirilib. Qadın terror qruplaşması ilə əlaqədə şübhəli bilinir.
“Biz əl-Bağdadinin bacısından İŞİD-in daxili işləri haqqında dəyərli məlumatlar alacağımıza ümid edirik", - adı açıqlanmayan Türkiyə rəsmisi deyib.
Xatırladaq ki, oktyabrın 27-də Prezident Donald Tramp ABŞ ordusunun İdlibdəki xüsusi əməliyyatı nəticəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edildiyini açıqlayıb.
Pərvanə Sultanova
Azvision.az