600 il yaşı olan tarixi tikili baxımsız vəziyyətdədir - VİDEO

 600 il yaşı olan tarixi tikili baxımsız vəziyyətdədir -    VİDEO
  05 Noyabr 2019    Oxunub:2748
Bakıda yerləşən tarixi karvansara bərbad vəziyyətə düşüb. Divarının hər daşından tarix qoxusu gələn 600 yaşlı karvansara indi baxımsız durumdadır.
Söhbət Şirvanşah hökmdarı Xəlilullahın əmri ilə 1439-1440-cı illərdə inşa edilən və hazırda paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən karvansaradan gedir. Tarixi abidə 70-ci illərdə bir dəfə təmir edilib və daha sonra həmin ərazi restoran kimi istifadə olunub. Ancaq hazırda abidə sahibsiz qalıb.

İkimərtəbəli karvansaranın birinci mərtəbəsində adi qonaqlar və heyvanlar üçün yerlər olub. İkinci mərtəbədə isə xüsusi qonaqlar üçün nəzərdə tutulan 3 otaq fəaliyyət göstərib.

Xəzər TV-nin tarixi binadan hazırladığı reportajı təqdim edirik:



Azvision.az


Teqlər: Karvansaray  





Xəbər lenti