Azərbaycanda həftəlik hava proqnozu açıqlandı

 Azərbaycanda həftəlik hava proqnozu açıqlandı
  04 Noyabr 2019    Oxunub:1998
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həftəlik hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.

Azərbaycanın rayonlarında həftə ərzində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti