Biləsuvarda 7 otaqlı evdə yanğın olub

  04 Noyabr 2019    Oxunub : 524
Biləsuvarda 7 otaqlı evdə yanğın olub
Biləsuvar rayonunda yanğın baş verib.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvarda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN