Yolu keçən 7 piyadanı maşın vurub öldürdü

  Yolu keçən 7 piyadanı maşın vurub öldürdü
  04 Noyabr 2019    Oxunub:1181
Həftəsonu 7 piyada yol qəzalarının qurbanı olub.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, noyabrın 3-də saat 9 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini Tərlan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Həcər Şəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dünən saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 3-də saat 21 radələrində Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.İsgəndərov idarə etdiyi “DAF” markalı yarımqoşqulu avtomobillə yolu keçən qəsəbə sakini Nizami Qarayevi vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər məlumata əsasən, noyabrın 2-də saat 19 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Oğuz rayon sakini Ş.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Dəllər qəsəbə sakini Rauf Hüseynovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmin gün saat 19 radələrində Şirvan şəhərinin M.Mirzəyev prospektində şəhər sakini E.Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Əlisafa Zeynalovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Noyabrın 2-də saat 19 radələrində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində Şəki rayon sakini P.Vahabov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İfadə Rəhimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

Noyabrın 2-də saat 20 radələrində Kürdəmir şəhərinin H.Əliyev prospektində N.Kərimov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Şahin Yusifovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti