“Ermənistan Rusiyadan yeni qırıcılar alacaq” - Tonoyan belə deyir

“Ermənistan Rusiyadan yeni qırıcılar alacaq” -  Tonoyan belə deyir
  04 Noyabr 2019    Oxunub:1725
Ermənistan Rusiya ilə bağlanmış müqaviləyə əsasən, çoxməqsədli Su-30 SM qırıcı təyyarələri alacaq.

Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan deyib. Onun sözlərinə görə, qırıcıların 2019-cu ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevralında alınacağı gözlənilir.
Tonoyan hesab edir ki, Ermənistan silahlı qüvvələri yeni və modernləşdirilmiş silahlar əldə edir: "Bu, həm müqavilələr, həm də kredit proqramları çərçivəsində tədarük edilir".

Ermənistanın hansı ölkələrdən silah almasına gəlincə, Tonoyan "ən azı dörd ölkədən" deyib.

O, həmçinin Rusiyanın 102-ci hərbi bazasının həm maddi-texniki, həm də silah baxımından modernləşdirildiyini, hərbçilərin sayının artırılması və ərazisinin genişləndirilməsinin planının isə olmadığını söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qırıcı  





Xəbər lenti