Bakıda yanğın, 50 uşaq təxliyə edilib

Bakıda yanğın, 50 uşaq təxliyə edilib
  04 Noyabr 2019    Oxunub:1413
Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti