Mnatsakanyan nazirlərin görüşündə iştirak edəcək

Mnatsakanyan nazirlərin görüşündə iştirak edəcək
  04 Noyabr 2019    Oxunub:1158
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan noyabrın 4-6-da İsveçə səfər edəcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Mnatsakanyan “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə nazirlərin görüşündə iştirak edəcək.

O, həmçinin İsveç Beynəlxalq Münasibətlər İnstitutunda “Şərq Tərəfdaşlığı” mövzusunda mühazirə oxuyacaq, bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" Polşa və İsveçin Avropa İttifaqı qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. Bu təşəbbüs Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Nazir  





Xəbər lenti