YAP-çı deputat Oktay Gülalıyevə baş çəkdi

YAP-çı deputat Oktay Gülalıyevə baş çəkdi
  04 Noyabr 2019    Oxunub:2879
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevə baş çəkib.

Azvision.az xəbər verir ki, bu barədə deputat özü "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Oktay Gülalıyevin vəziyyəti ağır stabildir: "İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır".

Azvision.az


Teqlər: YAP   Aydın-Mirzazadə  





Xəbər lenti