10 siyasi partiya seçki ilə bağlı MSK-ya müraciət edib

  10 siyasi partiya seçki ilə bağlı MSK-ya müraciət edib
  04 Noyabr 2019    Oxunub:1859
“Bu günlərdə dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi başlanılıb”.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bu vaxta qədər namizədlərin dairə seçki komissiyalarına müraciəti fəallıqla müşahidə olunub: “Artıq bələdiyyə seçkilərində iştirak etmək üçün 15 226 passiv seçki hüququna malik vətəndaş dairə seçki komissiyalarına müraciət edib. Onlar öz sənədlərini götürərək imzalar toplayırlar. Bu, hazırda davam edir”.

R.Qasımov qeyd edib ki, ümumilikdə 10 siyasi partiya öz namizədliyini irəli sürmək istəyən üzvlərinin seçkiyə qatılması üçün MSK-ya müraciət edib: “Amma bundan başqa, müstəqil olaraq partiya təmsilçiləri də bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər. Bu günə olan məlumata əsasən, 33 siyasi partiya mənsubiyyətini qeyd edən passiv seçki hüququna malik olan vətəndaşlar seçkilərdə öz gücünü sınamaq niyyətindədir. Bununla bağlı sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   RövzətQasımov  





Xəbər lenti