Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq
  04 Noyabr 2019    Oxunub:1091
Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyib.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti