Tramp qaçqınların qəbulunu iki dəfə azaltdı

 Tramp qaçqınların qəbulunu iki dəfə azaltdı
  02 Noyabr 2019    Oxunub:1791
ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ilində (1 oktyabr tarixindən başlayan) qaçqınların qəbul həddini 18 min nəfərə endirmək barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilib. Qeyd olunub ki, qərar humanitar baxımdan düzgündür və milli maraqlara uyğundur.

Xatırladaq ki, 2019-cu maliyyə ilində bu hədd 30 min nəfər idi. Beləliklə, ABŞ qaçqınların qəbulunu iki dəfə azaldıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti