Şəkidə narkotik alverçisi tutuldu

Şəkidə narkotik alverçisi tutuldu
  02 Noyabr 2019    Oxunub:1432
Şəki şəhər sakini 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə polis idarəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti