ABŞ-ın dövlət borcu yeni rekord həddə çatıb

  02 Noyabr 2019    Oxunub : 856
ABŞ-ın dövlət borcu yeni rekord həddə çatıb
ABŞ-ın dövlət borcu yeni rekord həddə - 23 trilyon dollara çatıb.
Azvision.az xəbər verir ki, müvafiq məlumatlar ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında yer alıb. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollara qədər yüksələcəyini proqnozlaşdırır.

Barak Obamanın hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu demək olar ki, 9 trilyon dollar artaraq 20 trilyon dollara çatmışdı. Amerikalı iqtisadçılar 2026-cı ilə qədər bu məbləğin 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: ABŞ   Borc