Malidə 53 hərbçi öldürülüb

Malidə 53 hərbçi öldürülüb
  02 Noyabr 2019    Oxunub:1339
Malinin ordu birləşmələri ilə terror qruplaşmaları arasında baş verən atışmada 54 nəfər həlak olub.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan 53-ü hərbçidir.

Ölkənin rabitə naziri Yaya Sanqare bildirib ki, əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır.

Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Hökumət terror hücumunu pisləyib.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Terror  





Xəbər lenti