Xızıda dəhşətli qəza: 4 nəfər ölüb

Xızıda dəhşətli qəza:  4 nəfər ölüb
  02 Noyabr 2019    Oxunub:3258
Xızı rayonunda dörd nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, naziliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti