“İŞİD-in yeni liderinin kim olduğunu bilirik” - Tramp
"İŞİD-in yeni lideri var. Biz onun kim olduğunu dəqiq bilirik", - deyə ABŞ prezidenti yazıb.
Xatırladaq ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın 27-də ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib. Onun ölümündən sonra terror qruplaşmasına Abu İbrahim əl- Haşimi əl-Kuraşini lider seçilib.
Azvision.az