Müharibə əlillərinə 50 avtomobil verilib

Müharibə əlillərinə 50 avtomobil verilib
  01 Noyabr 2019    Oxunub:1815
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili müharibə əlillərinə təqdim edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımlar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir. 2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində ölkəmizdə minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu və digər sosial tədbirlər ölkədə sosial inkişafda ciddi irəliləyişləri təmin etməklə, cari ildə 4,2 milyon vətəndaşın rifah halının yaxşılaşdırılmasına mühüm dəstək olub.

Nazir müavini eyni zamanda müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, həmçinin müharibə əlillərinin avtomobillə təminatı işlərinin ildən-ilə gücləndirildiyini bildirib. M.Kərimli qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Əlil   Maşın  





Xəbər lenti